Koronavirusa qarşı ilk peyvənd qeydiyyatdan keçdi
11 avqust 2020 12:38 (UTC +04:00)

Koronavirusa qarşı ilk peyvənd qeydiyyatdan keçdi

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvənd qeydiyyatdan keçib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

O, COVID-19 infeksiyasına qarşı ilk peyvəndin Rusiyada qeydiyyatdan keçdiyini bəyan edib.

“Bildiyim qədər bu gün səhər dünyada ilk dəfə yeni növ koronavirus infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib”, -  Rusiya prezidenti hökumət üzvləri ilə keçirdiyi iclasda qeyd edib.

Putin səhiyyə naziri Mixail Muraşkodan bu haqda ətraflı məlumat verməyi də xahiş edib: “Bilirəm ki, peyvənd olduqca effektiv təsir göstərir, dayanıqlı immunitet formalaşdırır. Təkrar edirəm ki, bu peyvənd bütün lazımi yoxlamalardan keçib”.

# 4972
avatar

Oxşar yazılar