Niderland milli komandasının baş məşqçisi Ronald Kuman futbol üzrə dünya çempionatının 1/16 finalında Mərakeşə məğlub olduqdan sonra vəzifəsindən ayrıldığını açıqlayıb.
Lent.az xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib.
"Qərara gəldim ki, Niderland milli komandasının baş məşqçisi kimi fəaliyyətimi başa çatdırım", - deyə Kuman yazıb.
Xatırladaq ki, Niderland millisi dünya çempionatının 1/16 finalında Mərakeşə penaltilər seriyasında 2:3 hesabı ilə uduzub. Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatmışdı.