LeBron Ceyms  "Leykers"dən gedir
30 iyun 2026 22:33 (UTC +04:00)

LeBron Ceyms "Leykers"dən gedir

0

NBA-nın "Los-Anceles Leykers" klubu LeBron Ceymsin komandadan ayrıldığını rəsmən açıqlayıb.

Lent.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı bəyanatda LeBron Ceymsin idman tarixinin ən böyük idmançılarından biri olduğu vurğulanıb və onun "Leykers"də keçirdiyi səkkiz ilə görə təşəkkür edilib.

"LeBron Ceyms idman tarixinin ən böyük idmançılarından biridir. O, ən çətin şəraitdə bizi çempionluğa apardı və klubumuzun heyətində saysız-hesabsız rekordlara imza atdı. Gələcək karyerasında həm meydanda, həm də meydandan kənarda ona uğurlar arzulayırıq. O, hər zaman "Leykers" ailəsinin bir parçası olacaq", – bəyanatda qeyd olunub.

LeBron Ceyms 2018-ci ildən "Leykers"in formasını geyinirdi.

Onun klubla müqaviləsi 2025/26 mövsümünün sonunda başa çatıb. Amerikalı basketbolçu 2020-ci ildə komanda ilə NBA çempionu olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar