Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş keçirdiyi estetik əməliyyatdan sonra paylaşdığı yeni fotolarla yenidən diqqət mərkəzinə düşüb.
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni sosial media hesabında paylaşdığı yeni fotoları ilə yenidən gündəm yaradıb. Parıltılı qara səhnə geyimində çəkilən şəkillər qısa zamanda minlərlə bəyənmə və şərh toplayıb.

İzləyicilər müğənninin yeni görünüşünü yüksək qiymətləndirərək "18 yaşlı qız kimi görünür", "Çox gözəlsən", "20 yaş cavanlaşmısan" kimi rəylər yazıblar. Hazırda konsert proqramlarını davam etdirən Ebru Gündeş həm səhnə çıxışları, həm də sosial media paylaşımları ilə pərəstişkarlarının diqqətini çəkməyə davam edir.
Qeyd edək ki, yaxın günlərdə sənətçinin üzgərmə əməliyyatı üçün təxminən 200 min ABŞ dolları xərclədiyi bildirilir. O, konsert zamanı zarafatla tamaşaçılara "Necədir, 10 yaş cavanlaşmışam?", sualını ünvanlamışdı. Həmin vaxt zalda olan Demet Akbağ və Yılmaz Erdoğan isə "20 yaş cavan görünürsən", sözləri ilə ona kompliment etmişdilər.








