Rusiyanın Ukraynanın Xarkov şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 23 yaşlı azərbaycanlı tələbə Fatimə Hüseynova həyatını itirib.
Lent.az xəbər verir ki, hadisə günü o, diplomunu almaq üçün Xarkova gedibmiş.
Məlumata görə, Fatimə tələbə yoldaşı Ada ilə birlikdə məzuniyyət geyimində şəkil çəkdirərkən hava zərbəsinə tuş gəlib.
Hücum nəticəsində daha 12 nəfər yaralanıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
***
30.06.26 - 10:16
Rusiyanın Xarkova endirdiyi aviazərbələr nəticəsində azərbaycanlı tələbə həlak olub.
Lent.az "UNİAN"a istinadla xəbər verir ki, Rusiyanın Xarkova endirdiyi aviazərbə nəticəsində Xarkov Milli Tibb Universitetinin azərbaycanlı tələbəsi Fatimə Hüseynova həyatını itirib.
Fatimə Hüseynova universitetin tibb fakültəsinin altıncı kursunda təhsil alırmış.