Türkiyəli model Deniz Akkaya saxlanılıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, model İstanbuldan ayrılaraq Kocaeli vilayətinin Kartepe rayonunda yaşayan dostunun evinə köçüb. İddiaya görə, o, aralarındakı mübahisədə sonra ev sahibinə hücum edib və evdəki əşyalara zərər vurub.
Dostuna fiziki zorakılıq göstərmək və əmlaka ziyan vurmaqda ittiham olunan Deniz Akkaya ifadəsinin alınması üçün polis bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırma davam etdirilir.