Pakistanda təhsil mərkəzinin damı çökdü, azı 14 uşaq öldü
30 iyun 2026 23:39 (UTC +04:00)

Pakistanda təhsil mərkəzinin damı çökdü, azı 14 uşaq öldü

0

Pakistanın Lahor şəhərində yerləşən özəl tədris mərkəzinin damının uçması nəticəsində azı 14 uşaq həlak olub.

Lent.az "Dawn" nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində dağıntılar altından 20-dən çox şəxs çıxarılıb.

Səkkiz uşaq və bir müəllim müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb. Polis bina sahibi də daxil olmaqla iki nəfəri saxlayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar