Bu rok mahnısını qrupun aparıcı müğənnisi  bəyənməyib və... əsl hitə  çevrilib
01 iyul 2026 10:46 (UTC +04:00)

Bu rok mahnısını qrupun aparıcı müğənnisi bəyənməyib və... əsl hitə çevrilib

0

Məşhur Britaniya rok qrupu "Faces"in 1973-cü ildə təqdim etdiyi "Ooh La La" mahnısı bu gün radio klassikası hesab olunsa da, ilk vaxtlar hitə çevirilməyib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, buna baxmayaraq, illər sonra qrupun solisti Rod Stüart mahnını vəfat etmiş qrup yoldaşı Ronnie Leynin xatirəsinə solo ifa edərək yenidən təqdim edib.

Maraqlıdır ki, o, daha əvvəl bu mahnını sərt şəkildə tənqid edir və hətta onu "iy verən uğursuz albom mahnısı" adlandırıb.

Aradan keçən illər ərzində "Ooh La La" dinləyicilər arasında böyük populyarlıq qazanıb və Adult Contemporary musiqi siyahısına daxil olub. Musiqi tənqidçiləri mahnını sonradan folk-rok janrının ən uğurlu nümunələrindən biri kimi qiymətləndirirdilər.

Ekspertlərin fikrincə, mahnının gəncliyin ötəriliyindən bəhs edən nostalji sözləri və emosional akustik melodiyası onu həyat haqqında hekayələrin ayrılmaz hissəsinə çevirib.

Mahnı yayımlandıqdan təxminən iyirmi il sonra yenidən məşhurlaşmağa başlayıb. O, Ues Andersonun çəkdiyi Rushmore filminin son titrlərində səsləndirilib. Daha sonra isə müxtəlif kino layihələrində, o cümlədən Daisy Jones & The Six serialında və Sentimental Value filmində istifadə olunub.

Bundan başqa, Rolling Stone jurnalı "Ooh La La" mahnısını "Bütün zamanların 500 ən yaxşı mahnısı" siyahısına daxil edib.

Mahnı hazırda Spotify platformasında 368 milyondan çox dinlənmə toplayaraq öz populyarlığını qorumağa davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar