Daha əvvəl vətəndaşların ərzaq mağazalarına olan borclarını ödəməklə diqqət çəkən məşhur müğənni Çelik bu dəfə fərqli bir addım atıb.
Lent.az Türkiyə mediasına istinadən bildirir ki, müğənni bu barədə sosial media hesabında paylaşım edib. Çelik Samsun şəhərinin İlkadım qəsəbəsində zibil yeşiklərindən kağız toplayaraq dolanışığını təmin edən Serpil Hanıma dəstək verib. O, küçələrdəki zibil yeşiklərindən kağız toplayaraq qadına çatdırıb.

Çelikin bu hərəkətini ətrafdakı insanlar və sosial media istifadəçiləri böyük rəğbətlə qarşılayıb.
Məşhur müğənni çətin şəraitdə çalışan təkrar emal işçilərinin qarşılaşdığı çətinliklərə diqqət çəkmək istədiyini də bildirib.