Azərbaycanın bu ərazisinə qar yağdı -  Faktiki HAVA
01 iyul 2026 11:54 (UTC +04:00)

Azərbaycanın bu ərazisinə qar yağdı - Faktiki HAVA

0

İyulun 1-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, iyulun 1-i saat 11:00-a olan məlumata görə, ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Şahdağın 3500 metrdən yüksəklikdə yerləşən ərazilərinə qar yağması müşahidə edilmişdir.

Düşən yağıntının miqdarı: Şəkidə 46 (aylıq normanın 76 %-i), Oğuzda 36 (aylıq normanın 54 %-i), Göyçayda 20 (aylıq normanın 93 %-i), Ağdamda 16 (aylıq normanın 55 %-i), Qəbələdə 15, Qaxda (Sarıbaş) 13, Yevlaxda 12 (aylıq normanın 57 %-i), Mingəçevirdə 10 (aylıq normanın 50 %-i), Xızıda 8, Zaqatala, Kürdəmirdə 7 (aylıq normanın 52 %-i), Gədəbəydə 7, Goranboy, Şahdağ, Şamaxıda 6, Xaltan, Tərtərdə 5, Lənkəran, Qobustan, Xınalıq, Balakən, Göygöldə 4, Ağstafa, Qrız, Astara, İmişlidə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Bərdə, Zərdab, Şəmkir, Tovuz, Cəbrayıl, Daşkəsəndə 2, Naftalan, Quba, Qusar, Beyləqan, Sabirabad, Kürdəmir, Biləsuvar, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar