Qulağından buynuz çıxan keçi  görənləri heyrətləndirdi - VİDEO
01 iyul 2026 12:09 (UTC +04:00)

Qulağından buynuz çıxan keçi görənləri heyrətləndirdi - VİDEO

0

Türkiyənin Osmaniyə vilayətində heyvandarlıqla məşğul olan 24 yaşlı Efe Gönülün yeni aldığı keçidəki maraqlı görüntü böyük təəccüb doğurub. Keçinin sağ qulağından buynuza bənzər çıxıntının əmələ gəlməsi həm sahibini, həm də onu görənləri heyrətləndirib.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Efe Gönül bildirib ki, indiyədək dörd buynuzlu, alnının ortasında tək buynuzu olan, beş ayaqlı və iki başlı heyvanlar görsə də, qulağından buynuz çıxan keçiyə ilk dəfə rast gəlib.

"Həyatımda belə bir şey görməmişəm. Mən də çox təəccübləndim. Keçini satmağı düşünürük. Almaq istəyən olsa, sata bilərik. Bu, sanki antik bir keçidir", - o deyib.

Baytar həkim Salih Parlakkılıç bildirib ki, keçinin qulaq nahiyəsində buynuza bənzər quruluşun yaranması olduqca nadir rast gəlinən haldır. Onun sözlərinə görə, bu vəziyyətin əsas səbəbləri embrional inkişaf zamanı buynuz toxumasını əmələ gətirən hüceyrələrin normal yerindən kənarda inkişaf etməsi, anadangəlmə inkişaf anomaliyaları, genetik meyl və ya toxumaların erkən differensiasiyası ola bilər. Daha nadir hallarda isə travma və ya uzunmüddətli toxuma qıcıqlanması da belə formalaşmaya səbəb ola bilər.

Baytar vurğulayıb ki, heyvanın ümumi sağlamlıq vəziyyəti yaxşı olsa belə, buynuza bənzər çıxıntı böyüdükcə zədələnmə, qanaxma və infeksiya riski yarada bilər. Buna görə də yetişdiricilərə belə hallarda özbaşına müdaxilə etməmək, mütləq baytar həkimə müraciət etmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar