DÇ-2026:  Fransa 1/8 finalda!
01 iyul 2026 03:06 (UTC +04:00)

DÇ-2026: Fransa 1/8 finalda!

0

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.

Lent.az xəbər verir ki, pley-off mərhələsində Fransa və İsveç milliləri üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 01:00-da başlayıb.

Matça Fransa millisi fəal başlayıb. Ardıcıl hücumları nəticəsiz qalan fransızlar istəyinə ancaq 45-ci dəqiqədə çata bilib. Kilian Mbappe komandasını önə keçirib: 1:0. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissə başlar-başlamaz Fransa hesab arasındakı fərqi artırıb. 53-cü dəqiqədə Barkola fərqlənib: 2:0.

74-cü dəqiqədə səhnəyə yenidən Mbappe çıxıb. Ulduz futbolçu özünün 2-ci, komandasının 3-cü qolunu vurub.

Görüş bu hesabla başa çatıb.

Fransa 1/8 finalda Almaniyanı mübarizədən kənarlaşdıran Paraqvay seçməsi ilə qarşılaşacaq.

DÇ-2026
1/16 final
1 iyul
01:00. Fransa - İsveç 3:0

Qol: K. Mbappe, 45, 74, B. Barkola, 53

Fransa: Menyan, Kunde, Upamekano, Saliba, Din, Çuameni, Rabyo, Dembele, Olise, Barkola, Mbappe

İsveç: Videll Setterström, Stroud, Lindelöf, Lagerbyelke, Qudmundsson, Berqvall, Ayari, Svensson, İsak, Elanqa, Gyökeres

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar