“BMT-nin xüsusi sessiyası bir günlük tədbir deyil" - Hikmət Hacıyev
03 avqust 2020 17:26 (UTC +04:00)

“BMT-nin xüsusi sessiyası bir günlük tədbir deyil" - Hikmət Hacıyev

“BMT Baş Assambleyasının xüsusi sessiyası 1 günlük tədbir deyil. Bu sessiya 1 il də davam edə bilər”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu sessiyanın gündəliyi artıq müəyyənləşib: “Xüsusi sessiyanın gündəliyi bilavasitə COVİD-19-a həsr olunub. Artıq BMT Baş Assambleyasının prezidenti tərəfindən aidiyyəti işlər aparılmaqdadır”.

# 2164
avatar

Oxşar yazılar