802
09:21
30 İyul 2020

Bakının mərkəzində maşın səkiyə çırpıldı, sürücü son anda xilas edildi

Bakıda səkiyə çırpılan avtomobil yanıb.

Lent.az FHN-in rəsmi saytına istinadla xəbər verir ki, Səbail rayonunda "Ford" markalı minik avtomobili səkiyə çırpılıb. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Qəza nəticəsində müxtəlif xəsarətlər alaraq avtomobildə qalan 1 nəfər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyətı üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.