19:18
29 İyul 2020

Mis ionları ilə hopdurulmuş maska: koronavirus hissəciklərinin 99,9%-ni məhv edir

Britaniyalı alimlər koronavirusa yoluxmanın qarşısını almaq üçün ucuz və sərfəli bir vasitə aşkar ediblər.

Lent.az "ICTnews"a istinadən xəbər verir ki, mütəxəssislər idmançılar üçün qoxu əleyhinə vasitə və "COVID-19"un virus təbiəti arasında bir paralel aparıblar.

Cüzi miqdarda misdən istifadə etməklə virusa qalib gəlmək mümkün olduğu məlum olub.

Daxili qoruma sistemi mikroorqanizmlərin inkişafına mane olan misin antibakterial xüsusiyyətlərindən istifadə edir. Bu təsir qədim zamanlardan məlumdur: mis ərintilərindən hazırlanmış qab-qacaq, tibbi alətlər və hətta qapı cəftəsi patogen orqanizmlərin ötürülməsində iştirak etmir.

Mis ionları ilə hopdurulmuş geyim mikrobları məhv edir və qoxunu təmizləyir. Təcrübələr göstərib ki, mis baryeri "COVID-19"u uğurla məhv edir.

"Copper Clothing" startapından bildirilib ki, onların mis ionları ilə hopdurulmuş yeni parçası onun üzərinə düşən bütün mikroorqanizmlərin 99,9 %-ni məhv edir.

Qeyd edək ki, Britaniyanın "Copper Clothing" startapı xoşagəlməz qoxu əleyhinə daxili qoruma sisteminə malik parça və hazır geyimlər, idman uniforması və alt paltar istehsalı ilə məşğul olur.

Dİgər xəbərlər