10:45
26 İyul 2020

Avtomobil divara çırpıldı

Qusar rayonunun Samur qəsəbəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumatda bildirilib.

Məlumata əsasən, “Opel” markalı minik avtomobili yol kənarındakı kafenin divarına çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Dİgər xəbərlər