08:42
25 İyul 2020

İtaliya 2 Aropa ölkəsinin səyahətçilərinə məhdudiyyət qoydu

İtaliya hökuməti Rumıniya, Bolqarıstandan ölkəyə gələn səyahətçilərlə bağlı məhdudiyyət tətbiq edib.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə cümə günü İtaliyanın Səhiyyə naziri Roberto Speranza “facebook” hesabında yazıb.

Nazir Rumıniya və Bolqarıstandan olan səhayətçilərlə bağlı bu qərarın son 14 gündə xaricdən COVID-19 infeksiyasının ölkəyə gətirilməsinin qarşısını almaq məqsədilə verildiyini deyib.

“Virusu tam aradan qaldırmaq mümkün deyil, yayılmağda davam edir. Bu səbəbdən yenə diqqətli olmalıyıq”, deyə Speranza vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusdan ən çox əziyyət çəkən Avropa ölkələrindən biri olan İtaliya artıq 16 ölkədən gələn insanların ölkəyə girməsini qadağan etmişdi.

Dİgər xəbərlər