Lənkəranda kanaldan meyit tapılıb.
Lent.az-ın xəbərinə görə, hadisə Bəllərbur kəndinin ərazisində qeydə alınıb.
Yuxarı Nüvədi kənd sakini 48 yaşlı Mais Əzizağa oğlu Abdullayevin meyiti həmin kənd ərazisindəki kanalda aşkarlanıb. Məlumata görə, mərhum iyulun 26-da itkin düşdüyü üçün axtarışda olub.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.