"Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi  vəfat etdi
31 iyul 2026 12:31 (UTC +04:00)

"Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi vəfat etdi

0

“Milan” klubunun və İtaliya millisinin əfsanəvi keçmiş müdafiəçisi Franko Barezi 66 yaşında vəfat edib.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə “Milan” klubunun mətbuat xidməti məlumat yayıb.

Ölüm səbəbi açıqlanmayıb.

Barezi bütün karyerasını “Milan”da keçirib (1978-ci ildən 1997-ci ilə qədər). O, altı İtaliya çempionluğu, dörd İtaliya Super Kuboku, üç Çempionlar Liqası titulunu və üç UEFA Super Kubokunu qazanıb.

Barezi İtaliya milli komandası ilə 1982-ci il Dünya çempionatını, 1994-cü il Dünya çempionatının gümüş və 1990-cı il Dünya çempionatının bürünc medalını qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar