Bakıda qadının qopmuş qolu  yerinə bərpa olundu
31 iyul 2026 10:07 (UTC +04:00)

Bakıda qadının qopmuş qolu yerinə bərpa olundu

0

Bakıda yol qəzasında qolu qopan xanım əməliyyat olunub.

Lent.az xəbər verir ki, ağır əməliyyat Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində baş tutub.

Ağır yol-nəqliyyat hadisəsi nəticəsində sol qolu travmatik amputasiya olunan 29 yaşlı gənc xanım adı çəkilən xəstəxanaya təxliyə edilib.

Qopmuş ətrafın bərpası üçün damar cərrahı Sadiq Əhmədov, plastik-rekonstruktiv cərrah Tale Qasımov və Səhiyyə Nazirliyi Travmatologiya və Ortopediya İnstitutunun travmatoloqu Babək Əliyev koordinasiyalı şəkildə təcili əməliyyata başlayıblar.

Mürəkkəb cərrahi müdaxilə uğurla başa çatıb. Əməliyyatdan sonra bərpa olunan damarlarda qan dövranı təmin edilib, ətrafda normal isinmə müşahidə olunub və ən sevindirici nəticə olaraq xəstənin bilək və barmaqlarında hərəkət funksiyası bərpa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar