Aya asteroid düşə bilər: Alimlər mümkün nəticələri açıqladılar
31 iyul 2026 05:21 (UTC +04:00)

Aya asteroid düşə bilər: Alimlər mümkün nəticələri açıqladılar

0

 

Alimlər 2032-ci ildə Ayla toqquşa biləcəyi ehtimal edilən asteroidlə bağlı yeni qiymətləndirmə aparıblar.

Lent.az xəbər verir ki, araşdırmaya görə, asteroidin Ayın səthinə düşməsi ehtimalı az olsa da, belə bir hadisə baş verərsə, böyük miqdarda qaya və toz kosmosa atıla bilər.

Mütəxəssislərin hesablamalarına görə, bu qalıqların bir hissəsi Yerə yaxın kosmik fəzaya çata və orbitdə fəaliyyət göstərən peyklər üçün əlavə risk yarada bilər.

Eyni zamanda, Yer sakinləri bir neçə gün davam edə biləcək parlaq meteor yağışını müşahidə edə bilərlər. Alimlər bildirirlər ki, bu ssenari hazırda yalnız ehtimal xarakteri daşıyır və vəziyyət üzərində müşahidələr davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar