Ben Afflek milyon dollar  qazandı
31 iyul 2026 13:39 (UTC +04:00)

Ben Afflek milyon dollar qazandı

0

Hollivud ulduzu Ben Afflek "Kim milyonçu olmaq istəyir?" televiziya proqramında 1 milyon dollar qazanıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, aktyor dəfələrlə qalib olmuş Ceymi Dinq ilə birlikdə yarışaraq əsas mükafatı əldə edibləe. Qazandıqları 1 milyon dollar Afflekin Uitni Uilyamsla birlikdə təsis etdiyi "Eastern Congo Initiative" xeyriyyə fonduna bağışlanacaq.

Final mərhələsində iştirakçılara ABŞ prezidentlərinin Şükran günü ənənəsi ilə bağlı sual ünvanlanıb. Komanda düzgün cavabı tapmaq üçün iki ipucundan istifadə edib və nəticədə milyon dollarlıq mükafatı qazanmağa nail olub.

Qeyd edək ki, Ben Afflek bundan əvvəl müğənni və aktrisa Cennifer Lopezlə boşanması barədə ilk dəfə açıqlama verərək keçmiş həyat yoldaşına böyük hörmətlə yanaşdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar