"Real"ın oyunçularının həftəlik qazancı  - Arda Gülər nə qədər alır?
31 iyul 2026 09:37 (UTC +04:00)

"Real"ın oyunçularının həftəlik qazancı - Arda Gülər nə qədər alır?

0

"Real"ın 2026-2027 mövsümü üçün maaş büdcəsi sızdırılıb. Siyahıda Arda Gülərin də yer alır və Kilian Mbappenin maaşı xüsusi diqqət çəkib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "Real"ın yeni mövsümdən əvvəl oyunçuları üçün həftəlik maaş büdcəsi açıqlanıb. Komandanın ulduz oyunçusu Kilian Mbappe zirvədədir, Türkiyə millisini futbolçusu Arda Gülərin qazancı da açıqlanıb.

Yeni mövsümə hazırlaşan komandada ən çox qazanan oyunçu həftədə 600 min avro ilə fransız superulduzu Kilian Mbappe olub. Mbappeni 480 min avro ilə Vinisius Junior və 400 min avro ilə Cud Bellinqem izləyir.

Siyahıda Arda Gülərin həftəlik maaşının 100 min avro olduğu göstərilir. Bu yaxınlarda İspaniya mətbuatında maaşına görə diqqət mərkəzində olan və "özünü sübut etmək prosesində olan gənc oyunçu üçün yüksək" kimi tənqid olunan Arda siyahıda aşağı-orta sırada yer alır.

"Real" oyunçularının həftəlik maaşları:

• Kilian Mbappe: 600.000 avro

• Vinisus Junior: 480.000 avro

• Cud Bellinqem: 400.000 avro

• Rodriqo: 320.000 avro

• Trent Aleksander-Arnold: 320.000 avro

• İbrahima Konate: 320.000 avro

• Federiko Valverde: 320.000 avro

• Bernardo Silva: 308.000 avro

• Tibo Kurtua: 288 000 avro

• Antonio Rüdiger: 280.000 avro

• Eder Militao: 280,000 avro

• Aurélien Çuameni: 240,000 avro

• Eduardo Kamavinqa: 240,000 avro

• Ferlan Mendi: 200,000 avro

• Din Heysen: 180,000 avro

• Alvaro Karreras: 172.000 avro

• Franko Mastantuono: 140,000 avro

• Brahim Dias: 140,000 avro

• Raul Asensio: 120,000 avro

• Arda Gülər: 100.000 avro

• Andrey Lunin: 88 000 avro

• Hendrik: 38,000 avro

• Qonsalo Qarsiya: 32.000 avro

• Fran Qonsales: 8000 avro
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar