33 il əvvəl  arvadını öldürmüşdü, indi araşdırma başlandı
31 iyul 2026 17:03 (UTC +04:00)

33 il əvvəl arvadını öldürmüşdü, indi araşdırma başlandı

0

ABŞ-da 33 il əvvəl baş vermiş müəmmalı ölüm hadisəsi yenidən araşdırılıb və qadının həyat yoldaşı qətldə şübhəli şəxs kimi müəyyən edilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 1993-cü il iyulun 2-də 45 yaşlı Astrid Brikesin meyiti Oreqon ştatının Qreşem şəhərində yerləşən evinin yaxınlığında qonşuları tərəfindən tapılıb. Həmin vaxt onun yağış novlarını təmizləyərkən nərdivandan yıxılaraq öldüyü qənaətinə gəlinmişdi.

Lakin yeni kriminalistika texnologiyalarının tətbiqi sayəsində detektivlər işi yenidən araşdırıblar və qadının ölümünün zorakılıq nəticəsində baş verdiyi qənaətinə gəliblər.

Polis hazırda Missuri ştatında yaşayan 77 yaşlı Con Brikesin evində axtarış aparıb. O, əsas şübhəli şəxs hesab olunur.

İstintaqçılar eyni zamanda Kentukki ştatının hüquq-mühafizə orqanları ilə də əməkdaşlıq edirlər. Onlar Con Brikesin ilk həyat yoldaşı Coys Meybl Brikesin ölümünü də araşdırırlar. Həmin ölüm hadisəsi də əvvəlcə bədbəxt hadisə hesab edilsə də, sonradan qətl kimi tövsif olunub.

Detektiv Adam Rayt bildirib ki, Con Brikesin şübhəli şəxs kimi müəyyən edilməsi toplanmış sübutların hərtərəfli təhlilindən sonra mümkün olub. Bununla belə, o, hələlik həbs edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar