Xankəndi–Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, qəza ötən gecə qeydə alınıb. İlkin məlumata əsasən, hərəkətdə olan "Tofaş" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.
Nəticədə avtomobildə olan Bayram Verdiyev hadisə yerində ölüb. Digər sərnişin Orxan Şirinov ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.