Bərdə rayonunda bədbəxt hadisə baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Hacıəhmədli kəndində qeydə alınıb.
Kənd sakini, 79 yaşlı Məhəmməd Cəlilov ağac kəsərkən ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb. O, suda boğularaq ölüb.
Meyit sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.