Bakıda dəmiryolu stansiyanın ərazisindən meyit tapılıb.
Lent.az-ın xəbərinə görə, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsi Biləcəri dəmir yolu stansiyasının ərazisində qeydə alınıb.
Şamaxı rayon sakini 36 yaşlı Tural Əlişah oğlu Teymurovun meyiti ərazidə aşkarlanıb. Onun hansı səbəbdən ölməsi bilinmir.
Araşdırma aparılır.