Kənd yolu ilə digər rayona keçmək istəyi boşa çıxdı
24 iyul 2020 14:04 (UTC +04:00)

Kənd yolu ilə digər rayona keçmək istəyi boşa çıxdı

0

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində karantin qaydalarını pozaraq Ağcabədi rayonundan Bərdə rayonunun ərazisinə keçən şəxslər aşkar edilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının bu istiqamətdə keçirdiyi tədbirlər nəticəsində Ağcabədi rayon sakini S. Səfərov idarə etdiyi avtomaşınla kənd yolları ilə Bərdə rayonu ərazisinə keçərkən, sərnişinləri - M. Quliyev və İ. Heydərovla ilə birgə saxlanılıb.

Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2810

Oxşar yazılar