Payızda nələrə baxmaq  lazımdır: Yağışlı bir axşam üçün  ən yaxşı   3 film
07 sentyabr 2026 15:41 (UTC +04:00)

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

0

Payız mövsümünün başlaması ilə yağışlı və sərin havalarda evdə film izləməyə maraq artır. Xüsusilə, romantik ab-havası, şəhər mənzərələri və nostalji ruhu ilə seçilən bəzi ekran əsərləri payız axşamları üçün ideal seçim hesab olunur.

Lent.az payız ab-havasını ən yaxşı şəkildə əks etdirən 3 filmi təqdim edir.

“Harri Salli ilə tanış olanda” (1989)

Rejissor Rob Raynerin ekranlaşdırdığı və baş rollarda Meq Rayanla Billi Kristalın yer aldığı bu romantik komediya payız ab-havasını əks etdirən məşhur filmlərdən biridir.

Harri və Salli gənc yaşlarında tanış olur, sonrakı illərdə isə yolları dəfələrlə kəsişir. Nyu-Yorkun Mərkəzi Parkı, saralmış yarpaqlar, rahat kafelər və sevgi haqqında söhbətlər filmi payız axşamı üçün ideal seçimə çevirir.

“Sizə məktub var” (1998)

Meq Rayanın rol aldığı digər məşhur romantik film də Nyu-Yorkda, payız fəslində çəkilib.

Filmin qəhrəmanı kiçik kitab mağazasının sahibidir və tanımadığı bir kişi ilə internet vasitəsilə romantik yazışmağa başlayır. Lakin real həyatda həmin şəxsin onun biznes rəqibi olduğu ortaya çıxır.

Kitab mağazaları, kafelər, şəhər gəzintiləri və gözlənilməz sevgi hekayəsi filmi sakit və romantik axşam üçün uyğun seçim edir.

“Ölü şairlər cəmiyyəti” (1989)

Daha ciddi və düşündürücü film izləmək istəyənlər üçün Piter Uirin Robin Uilyamsın baş rolda çəkildiyi dramı tövsiyə olunur.

Filmdə müəllim Con Kitinq şagirdlərinə sərbəst düşünməyi, ədəbiyyatı sevməyi və öz seçimlərindən qorxmamağı öyrədir.

Köhnə məktəb binası, payız mənzərələri və yeni dərs ilinin başlanğıcı filmə xüsusi atmosfer verir. Bununla yanaşı, ekran işi emosional baxımdan daha ağır olduğundan hər kəs üçün rahat axşam filmi sayılmaya bilər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar