14:36
24 İyul 2020

Kim bu gülü qoparsa cərimələnəcək: Fantastik rəqəm eşidənləri ŞOK edir

"Gəlin bardağı" adlı gülün qoparılmasının cəzası 62 min TL-dir.

Lent.az Türkiyə KİV-ə istinadən məlumat verir ki, Kahramanmaraş bölgəsinin Nurhak rayonunda "Gəlin bardağı" adlı gülün qoparılmasının cəzası 62 min TL-dir.

Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin Parklar və Bağçalar Şöbəsinin direktoru Əhməd Yenisolak bildirib ki, "Kahramanmaraş sərhədlərində "Gəlin bardağı" olması şəhərimizin nə qədər geniş və bir o qədər fərqli iqlim xüsusiyyətlərini özündə cəmləşdirdiyinin sübutudur. Gələcək illərdə park və bağçalarımızı bəzəməsini arzu etdiyim “Gəlin bardağı”-nın başqa məziyyətlərini araşdırılaraq mədəni irsimizə və ticarət markamıza daxil edilməsini umid edirəm" deyib.

Bu bölgənin zəngin florası haqqında danışankən, onun məhv edilməməsi və olduğu kimi qorunaraq ziyarətçilərin üzünə açılmasının lazım olduğunu bildirən Yenisolak "əks təqdirdə sürətlə azalan bitkilərin coğrafiyamızı, xüsusilə də şəhərimizi tərk etməsi olduqca kədərli olar. Önəmi ortada olan bu cür bitki zonalarına zərər verilməsinin qarşısını almaq üçün yüksək miqdarda pul cərimələrinin tətbiq olması bir metod olsa da, kifayət qədər işçi heyəti və izləmə mexanizminin olmaması itkinin qarşısını ala bilmir "deyib.

Dİgər xəbərlər