3064
21:17
20 İyul 2020

Elektrik yarımstansiyasında təmir zamanı partlayış baş verib

Samux rayonunda elektrik yarımstansiyasının əməkdaşı yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

1962-ci il təvəllüdlü Bayramov İslam Əlinağı oğlu bədənin 2-ci və 3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, İslam Bayramov Samuxda elektrik yarımstansiyasının əməkdaşıdır. Hadisə zamanı həmin şəxs növbədə olub, təmir işləri aparan zaman partlayış baş verib.

Hadisənin başvermə səbəbləri araşdırılır.