11:11
20 İyul 2020

Ermənistanda virusdan ölənlərin sayı 650 nəfərə çatdı

Ermənistanda son sutkada daha 104 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub, 9 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda indiyədək infeksiyaya yoluxanların sayı 34 981, xəstəlikdən ölənlərin sayı isə 650 nəfərə çatıb.

Ermənistanda COVID-19-dan sağalanların sayı 23 502 nəfərdir.

Dİgər xəbərlər