Yeniyetmə bankomatdan 6 min manata yaxın pul oğurladı
11 iyul 2020 13:47 (UTC +04:00)

Yeniyetmə bankomatdan 6 min manata yaxın pul oğurladı

Bakıda avtomobildən və bankomatdan oğurluq edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 4-də rayon ərazisində  “Toyota” markalı avtomobildən 2 ədəd bankomat kartı və şəxsiyyət vəsiqəsi, habelə banklardan birinə məxsus bankomatdan 5547 manat pulu çıxararaq oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Siyəzən rayon sakini olan bir yeniyetmə saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

# 5053
avatar

Mehman Nəbiyev

Oxşar yazılar