62 yaşlı qadın daşla döyüldü
04 iyul 2020 11:20 (UTC +04:00)

62 yaşlı qadın daşla döyüldü


Hacıqabul sakini evində daşla döyülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Qarasu kəndində qeydə alınıb. Naməlum şəxs Qarasu kənd sakini, 1958-ci il təvəllüdlü Şıxəliyeva Gülüstan Həbulla qızının yaşadığı evə daxil olaraq onu daşla amansızcasına döyüb. Yaşlı qadın çoxsaylı ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Qadına hücum edən şəxs Hacıqabul polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

# 3643
avatar

Oxşar yazılar