Koronavirusa yoluxan keçmiş prezident sağaldı
02 iyul 2020 13:54 (UTC +04:00)

Koronavirusa yoluxan keçmiş prezident sağaldı

Yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev sağalıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə sabiq Prezidentin mətbuat katibi Aydos Ukibay bildirib.

O qeyd edib ki, bununla belə, N. Nazarbayev hələ də özünü təcrid edir və distant rejimdə fəaliyyət göstərir.

Xatırladaq ki, iyunun 18-də yayılan məlumata əsasən, N. Nazarbayevin koronavirus testinin nəticəsi pozitiv olub.

# 2452
avatar

Oxşar yazılar