1801
12:31
22 İyun 2020

"Real"da ciddi itki

İspaniya La Liqasının XXX turunda "Real Sosyedad" üzərində qələbə qazanan "Real" (2:1) itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, kapitan Serxio Ramos sıradan çıxıb.

Qarşılaşmada penalti qolu ilə hesabı açan mərkəz müdafiəçisi bir qədər sonra rəqib oyunçu Aleksandr İsakla toqquşaraq zədə alıb və 60-cı dəqiqədə əvəzlənib. 34 yaşlı oyunçunun durumu hələlik qeyri-müəyyəndir.

Yeri gəlmişkən, Ramos La Liqada 445-ci qələbəsini qazanıb və bu saya görə "Barselona"nın sabiq qapıçısı Andoni Zubisarretanı geridə qoyaraq, 5-ci pilləyə yüksəlib. O, qələbə sayında yalnız Andres İnyesta (459), İker Kasilyas (463), Xavi Ernandes (482) və Lionel Messidən (507) geri qalır.

Qeyd edək ki, qələbə sayəsində "Real" turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

Dİgər xəbərlər