11:41
19 İyun 2020

190 manatla bağlı YENİ TƏKLİF

"Aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi. Biz yenidən karantin rejiminin əvvəlki formasına qayıdırıqsa, bir neçə istiqamətdə işlərimizi sürətləndirməliyik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, aprel və may ayında verilən 190 manatlıq birdəfəlik ödəniş iyun və iyul ayında da verilməlidir: “Pandemiyada əziyyət çəkən sahələrə də iyun və iyul aylarında ödəniş edilməsi vacibdir”.

Dİgər xəbərlər