MN: Ermənistanla Dağlıq Qarabağı birləşdirən yollar ordumuz tərəfindən nəzarətə götürülüb
11 iyun 2020 20:18 (UTC +04:00)

MN: Ermənistanla Dağlıq Qarabağı birləşdirən yollar ordumuz tərəfindən nəzarətə götürülüb

 

Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir.

# 4423
avatar

Oxşar yazılar