Xalq artisti koronavirusdan vəfat etdi  - YENİLƏNİB
11 iyun 2020 18:54 (UTC +04:00)

Xalq artisti koronavirusdan vəfat etdi - YENİLƏNİB

Xalq artisti Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib.

TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, iyunun 4-də "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu evdən ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, .əkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə  gətirilib və reanimasiya şöbəsinə daxil olub: "Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq  süni ventilyasiya aparatına qoşulub.  Həkim İnfeksionistin təyinatı ilə  xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. Həkimlərin səyinə baxmayaraq, ayın 11-də saat 15:30-da bioloji ölüm qeyd olunub".

***

17:34

Xalq artisti Teymur Mustafayev vəfat edib.

Bu məlumatı Lent.az-a müğənni Yusif Mustafayev açıqlayıb: 

“Özümü çox pis hiss edirəm. Xalqımızın gözəl sənətkarı Teymur müəllim dünyasını dəyişdi. Yaxınlarından soruşdum, dedilər ki, şəkərdən dünyasını dəyişib. Bakıda, yoxsa doğulduğu rayonda dəfn olunacağı hələ ki məlum deyil”.

Qeyd edək ki, T.Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabadda anadan olub. O, əmək fəaliyyətinə 1959-cu ildə başlamış və 60 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, “Azkonsert” Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müğənni kimi öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Teymur Mustafayev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib.

# 23617
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar