14:41
10 İyun 2020

"Toppuş bacı" yenidən xəstəxanaya yerləşdirildi

Əməkdar artist Tünzalə Əliyeva xəstəxanaya yerləşdirilib.

Lent.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən "Toppuş bacı" ləqəbli aktrisa sosial media hesabında foto paylaşaraq şərh bölümündə xəstəliyin yenidən qayıtdığını bildirib:

“Yenə əvvələ qayıtdı... Yenə bu sevimli, məndən əl çəkməyən 419-cu palata...”

Qeyd edək ki, aktrisa sonuncu dəfə verdiyi açıqlama da bunları demişdi:

"Təəssüf ki, yenidən xərçəngə yoluxmuşam. Böyrək damarlarımda törəmələr çıxıb. Yenə də ayaqüstəyəm, çalışıram yaxşı olum. İki ilə yaxın limfalarda olan şişlərdən müalicə aldım. İstənilən nəticəyə gəlib çıxdıq. Həkimdən soruşdum ki, yenə kimyaterapiya alacam? Dedi ki, hə. Məcburam...

Kimyaterapiya qəbul edə bilmirəm, orqanizmimdən asılı olan problemdir. Mənim dərmanım kimyaterapiyadır, amma qanım aşağıdır, olmur. Bir ay içində 150 iynə vurulub mənə. O qədər ağır hallar keçirirəm ki... Orqanizmim tab gətirmir. İndiki durumum yaxşı deyil".

Dİgər xəbərlər