961
11:58
05 İyun 2020

Sahibi qadın olan kafe karantin qaydalarını pozdu

Bakının Nəsimi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyekt aşkarlanıb.

Lent.az -ın məlumatına görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Hüseybala Əliyev küçəsi 22B ünvanında “Bermud” kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 6 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi Mirvari Hüseynova 1500 manat, digərləri 100 manat cərimə olunublar.