Həyətində narkotik becərirdi - FOTO
03 iyun 2020 10:30 (UTC +04:00)

Həyətində narkotik becərirdi - FOTO

Balakəndə narkotik tərkibli bitki becərən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Balakən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat–axtarış tədbirləri nəticəsində rayonun Mahamalar kənd sakini sakini, 44 yaşlı Abdulla Babayev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman dirrikdə, digər bitkilərin arasında xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 8 ədəd və kökündən çıxararaq kənara atdığı 29 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 1483
avatar

Mehman Nəbiyev

Oxşar yazılar