Rayonda itən uşağı ayı parçalayıb - RƏSMİ
22 may 2020 18:33 (UTC +04:00)

Rayonda itən uşağı ayı parçalayıb - RƏSMİ

Mayın 21-də itkin düşmüş Oğuz rayonu, Xaçmaz kənd sakini, 13 yaşlı Cəbrayıl Məmmədlinin tapılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələrinin, prokurorluq və polis işçilərinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində C.Məmmədlinin meyiti mayın 22-də səhər saat 9 radələrində yaşadığı evdən təxminən 2 kilometr aralı meşəlik ərazidən keçən çayda aşkar edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, dərhal prokurorluq və polis işçiləri məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin olunmuş, şahidlərin izahatları alınıb.

C.Məmmədlinin meyitinə baxış zamanı meyitin baş nahiyəsində xəsarətlər aşkar edilib.

Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə C.Məmmədlinin baş nahiyəsində aşkar edilən xəsarətlər vəhşi heyvanın (ayının) pəncəsinin zərbəsinin təsiri nəticəsində yaranmağa xarakterikdir.

Hazırda faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

# 6913
avatar

Mehman Nəbiyev

Oxşar yazılar