Yüz minlərlə insanın qatili iddia edilən KABUQA Fransada tutuldu
16 may 2020 19:10 (UTC +04:00)

Yüz minlərlə insanın qatili iddia edilən KABUQA Fransada tutuldu

Beynəlxalq Cəza Məhkəməsinin Ruanda soyqırımında yüz minlərlə insanın ölümündə təqsirli bildiyi şəxslərdən Felicyen Kabuqa Fransada ələ keçirilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, onun Şərqi Afrikada yerləşən Ruandada 1994-cü ildə Tutsilərə qarşı edilən soyqırımda əli olduğu deyilir. Bununla əlaqədar axtarışda olan iş adamı Felicyen Kabuqanın 25 ildir qaçaq həyatı yaşadığı bildirilir.

800 min insanın qətlə yetirildiyi günlərdə Hutu silahlılarını maliyyəşdirməkdə günahlandırılan 84 yaşlı Kabuqaya daha sonra heç yerdə rast gəlinməyib. Onu tapan şəxs üçün ABŞ 5 milyon dollar pul vəd edib.

Qeyd edək ki, 26 il əvvəl baş verən soyqırımdan sonra Tutsilərin dəstəklədiyi üsyankar Ruanda Vətənsevər Cəbhəsinin lideri Paul Kaqameyə sadiq kütlə Hutu hakimiyyətini devirib. Fransa soyqırımı həyata keçirən Hutu hökumətinin o dövrdə ən yaxın dostu olduğu üçün hadisədə ən çox günahı olan ölkələrdən hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6196

Oxşar yazılar