03:10
12 May 2020

17 ölkədə futbol çempionatının başlayacağı TARİX

Koronavirus pandemiyası səbəbindən Avropada dayandırılan ölkə çempionatlarından bəzilərinin bərpa olunma tarixi bilinib.

Apasport.az saytının məlumatına görə, müxtəlif ölkələr mübarizənin davam etməsi üçün təxmini vaxt müəyyənləşdiriblər.

İlk olaraq almanlar Bundesliqanı davam etdirməyi planlaşdırırlar. Əgər hər hansı bir qərar dəyişikliyi olmasa, mayın 16-da Almaniya çempionatı bərpa ediləcək. Ümumilikdə 17 ölkədə hazırkı duruma əsasən, futbola dönüş vaxtı bəllidir. Onlardan 8-i mayda, 9-u isə iyunda çempionatı bərpa etmək fikrindədir.

Çempionatların bərpa ediləcəyi təxmini tarix:

Almaniya - 16 may
Macarıstan - 23 may
Çexiya - 25 may
Polşa - 29 may
Danimarka - 29 may
Avstriya - 30 may
Portuqaliya - 30 may
Serbiya - 30 may
İtaliya - 6-7 iyun
İngiltərə - 8 iyun
İspaniya - 15 və 28 iyun
Yunanıstan - 6 iyun
Xorvatiya - 6 iyun
İsveçrə - 8 iyun
İsveç - 14 iyun
Norveç - 16 iyun
Rusiya – 21 və ya 28 iyun

Dİgər xəbərlər