Türkiyədə koronavirusdan yenə ölənlər var
29 aprel 2020 20:24 (UTC +04:00)

Türkiyədə koronavirusdan yenə ölənlər var

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha  89 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 43498 şübhəli koronavirus testindən keçib, onlardan 2936-nın cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3081 nəfər ölüb, 117589 nəfər bu infeksiyaya yoluxub, 44022 nəfəri isə müalicə olunub. Bu gün 5231 xəstə evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1303

Oxşar yazılar