8390
10:37
21 Aprel 2020

Bu "qanuni oğru"nun Rusiyaya girişinə ömürlük qadağa qoyuldu

Bir neçə gün əvvəl Rusiyanın ən qapalı həbsxanalarından biri “Vladimirski sentral”dan azadlığa buraxılan 44 yaşlı "qanuni oğru" Levan Abuladze miqrantlar üçün nəzərdə tutulan məntəqəyə göndərilib.

Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, “Levan Suxumski” ləqəbli "qanuni oğru" ölkədən deportasiya edilənədək bu məntəqədə qalacaq.

Məlumata görə, onun Rusiya ərazisində yaşaması mümkün deyil. Çünki Rusiya Daxili İşlər Nazirliyi onun ömürlük bu ölkəyə girişinə qadağa qoyub. Suxumskinin Rusiyada nə vaxtadək saxlanılacağı və hansı ölkəyə göndəriləcəyi də bilinmir.