Stilist Anar Elnurla bu səbəbə görə danışmır - AÇIQLADI
21 aprel 2020 09:30 (UTC +04:00)

Stilist Anar Elnurla bu səbəbə görə danışmır - AÇIQLADI

Stilist Anar Ağakişiyev küsülü olduğu həmkarı Elnur Həsənov barədə danışıb. Lent.az-ın məlumatına görə, imic ustası "Söhbətsiz" verilişində həmkarı ilə küsülülüyünün səbəbini açıqlayıb:

 "Elnur mənim susmağımdan istifadə edib. Münasibətimiz gözəl idi. “Eurovision” zamanı biz vizajist qrupunda işləyirdik. O, iki pillə aşağı qrupda idi. Bu, qəbahət deyil. Ruxa, mən və digər 2 nəfər yuxarı qrupdaydıq. Bir gün Neslihan Atagül Bakıya gəldi. Həmin günü Nigar Camal, Röya və Miri Yusif də orada idi. Nigar mənə dedi ki, Neslihanla görüşmək istəyirəm, atam onun fanatıdır. Girdi, onunla görüşdü. O zaman münasibətimiz var idi. Həmin ərəfədə Nigar Elnurun yanına gedib. Orada deyib ki, hər şey necə əla idi... Qarşı tərəfə deyir ki, sən niyə şəkil çəkdirmədin? O da qüruruna sığışdırmır. Demir ki, Anara yaxınlaşmağa utandım. Deyib ki, girmək istədim. Söylədilər ki, Neslihan əsəbidir. Ağlayıb, makiyajını silib bəyənməyib. Nigar da qayıdıb deyib ki, necə? Neslihanın yanında idim, bəyənmirdisə, Anar onun yanına necə gedib? Bunu da mənə Nigar təsadüfən dedi. Söylədi ki, Anar, Neslihan orada ağlamışdı, ona nə olmuşdu? Mənə niyə demirsən? Nigar bunu qəsdən deməmişdi. Dönə-dönə xahiş etdi ki, Elnura yazma, zəng etmə. Mənə yaxınlaşsaydı, Neslihana onu həmkarım kimi təqdim edərdim. Bundan sonra kimisə qısqanmağım gülməlidir.

Bu sahədə stilistlər mənim etdiyimi təkrarlamaq üçün 15 il yaşamalıdırlar. Həmin vaxtı Neslihanın ağlamağı barədə şayiəni də sayt vasitəsilə o, yayıb. Ona dedim ki, barəmdə yalan şayiə buraxmaq sənin başın üçün deyil. Ondan sonra üstündən xətt çəkdim. 

Elnurun iş stajı təxminən məndən 10 il daha azdır. O, özünə görə məşhurdur. Kütləsi var, amma Azərbaycandan kənarda məşhur deyil. Onunla məni eyni tutanda qıcıqlanıram. Bu işə ömrümü, enerjimi, əsəblərimi sərf etmişəm ki, Azərbaycandan kənarda tanınım". 

# 2883
avatar

Yalçın UĞUR

Oxşar yazılar