19:22
18 Aprel 2020

Böcək ölçüsündə datçik: ürəyin və ağciyərin sağlamlığına nəzarət edir

Xallı böcək ölçüsündə olan datçik real vaxt rejimində ürəyin və ağciyərin sağlamlığına nəzarət edir.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, Corciya Universitetinin mühəndisləri tərəfindən hazırlanmış qurğunu geyimə quraşdırmaq mümkündür.

Yeni sensor elektrokardioqrama üçün qurğunun funksiyalarını qismən imitasiya edir – o, plastırlarla bədənə bərkidilmiş elektrodların köməyi ilə ürəyin vəziyyətinə (məsələn, onun ritminə, qan dövranına və orqanın digər sağlamlıq göstəricilərinə) nəzarət edir.

Mühəndislərin sözlərinə görə, qurğu faydalı səsləri (məsələn, ürək döyüntüsünün tezliyini, nəfəs tezliyini, yaxud xırıltıların olub-olmamasını) ətrafdakı səs-küydən ayırmağa imkan verir və istifadəçinin real vaxt rejimində öz sağlamlığı haqda öyrənməsi üçün onları məlumat axınına çevirir.

Datçik, həmçinin istifadəçilərin fiziki aktivliyi haqqında məlumatları toplamaq imkanına malikdir. Məsələn, istifadəçinin sağlamlığının ümumi mənzərəsini yaratmaq üçün gün ərzində qət edilmiş məsafəni ürək və ağciyərdən əldə edilmiş məlumatlarla müqayisə edə bilər.

Dİgər xəbərlər