779
12:43
17 Aprel 2020

Deputatdan spiker və müavinlərinə ÇAĞIRIŞ: maska taxın

“Biz istərdik ki, siz də tibbi maskadan istifadə edəsiniz”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, xarici ölkələrdə parlamentin iclaslarında spiker və müavinlər də maskadan istifadə edir.

A. Mirzəzadə mətbuatda deputatların gündəlikdən kənara çıxmasına qadağa qoyulması barədə xəbərlər dərc olunduğunu da deyib: "Bu yalandırsa, MM-in mətbuat xidmətinin rəhbəri buna münasibət bildirməlidir, deyilsə, bu, doğru yanaşma deyil. Deputat uzun müddət gözləməlidir ki, hansısa məsələ gündəliyə daxil edilsin, o zaman danışsın?”